Binəqədi RPİ 7-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində...
02.08.2018
Binəqədi RPİ 7-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 28-də Bakı şəhər sakini A.Bayramovun cibindən 1800 manat oğurlamaqda şübhəli bilinən paytaxt sakini Elmar Qurbanzadə saxlanılmışdır.
Qaradağ RPİ 10-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini N.Əliyevanın hesabından, N.Mirzəyevin cibindən və 2 evdən pul, bir həyətdən 62 ev quşu, 3 avtomobildən akkumulyator və bir kafedən paltartikən və ətçəkən maşın oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Pənah Allahverdiyev saxlanılmışdır.
Nərimanov RPİ 16-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki sinema klubların birindən 372 manat və 3 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən Şəmkir rayon sakini Sərdar Pənahov saxlanılmışdır.
Avqustun 2-də saat 23 radələrində Sabunçu rayonu H.Əliyev prospektində Bakı şəhər sakini Nəriman Abbasov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolun kənarı ilə velosiped sürən həmyerlisi Vüsalə Yusifzadəni vurmuşdur. Xəstəxanaya yerləşdirilmiş V.Yusifzadə orada ölmüşdür. Sabunçu RPİ tərəfindən araşdırma aparılır.