Bakı şəhər Baş Polis İdarəsi

Xəbərlər

Əsas səhifə

Binəqədi RPİ 6-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyulun 7-də paytaxt sakini Elmir Hümbətzadənin yaşadığı...

08.07.2018

Binəqədi RPİ 6-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyulun 7-də paytaxt sakini Elmir Hümbətzadənin yaşadığı evə gələrək onu döyüb içərisində 382 manat və açar olan pulqabısını almaqda şübhəli bilinən tanışları – Ağcabədi rayon sakinləri Hikmət Soltanov, Sədi Kərimov və Pərviz Sultanov saxlanılmışlar. 
Binəqədi RPİ tərəfindən araşdırma aparılır.

İyulun 4-də Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində yerləşən “Binə” ticarət mərkəzindəki mağazaların birindən 974 manat və 7100 ABŞ dolları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Zabil Səmədov saxlanılmışdır.
Qaradağ RPİ tərəfindən araşdırma aparılır.

Xəzər RPİ 1-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 7-də G.Məhəmmədliyə məxsus içərisində 100 manat, mobil telefon, sənəd və geyim əşyaları olan çantanı soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən Xaçmaz rayon sakini, əvvəllər məhkum olunmuş Vasif Məhəmmədov saxlanılmışdır.

Oğurluq etdiyinə görə tutulmuş Namiq Əliyevin ətrafında Nərimanov RPİ 16-cı PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun yanvarın 19-da metroda N.Əkbərovanın cibindən içərisində 335 manat və sənəd olan pulqabısını oğurlaması da müəyyən edilmişdir.

Nəsimi RPİ 22-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə mayın 25-də rayon ərazisindəki mağazaların birindən 678 manat və mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini olan bir yeniyetmə saxlanılmışdır.

Nəsimi RPİ 20-ci PB-nin əməkdaşları tərəfindən rayon ərazisindəki mənzillərin birindən rəsm əsəri oğurlamaqda şübhəli bilinən Ucar rayon sakini Həsən Hacıyev saxlanılmışdır.

İyulun 8-də saat 16 radələrində Sabunçu rayonunun Bilgəh qəsəbəsi ərazisində Bakı şəhər sakini Emil Ağayev “Mercedes” markalı avtomobili idarə edərkən onu (təkərin cırılması nəticəsində) aşırmışdır. Nəticədə E.Ağayevin sərnişinlərindən Qazax rayon sakini Nicat Kazımov hadisə yerində ölmüş, özü və digər sərnişini, Şəki rayon sakini Ruslan Şərifov xəstəxanaya yerləşdirilmişdir.
Sabunçu RPİ tərəfindən araşdırma aparılır.





Çap et  Çap et