Xətai RPİ 35-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində...
07.07.2018
Xətai RPİ 35-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini B.Məmmədovun “Mercedes” markalı avtomobilindən 2 ədəd təkər oğurlamaqda şübhəli bilinən paytaxt sakini Emin Mirzəyev saxlanılıb.
Binəqədi RPİ 6-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il avqustun 19-da rayon ərazisindəki evlərin birindən 500 manat dəyərində qızıl əşyalar, 2 ədəd noutbuk və 2 ədəd bank kartını oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini Ramin İsgəndərov saxlanılmışdır.
Nəsimi RPİ 21-ci PB və Yevlax RPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 22-də M.Tuayevanın içərisində 700 manat, mobil telefon və şəxsiyyət vəsiqəsi olan pul qabısını oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakini, əvvəllər məhkum olunmuş Faiq Hüseynov saxlanılmışdır.