Bakı şəhər Baş Polis İdarəsi

Xəbərlər

Əsas səhifə

İyunun 30-da Sabunçu rayonunun Bilgəh qəsəbəsi ərazisində şəxsiyyəti məlum olmayan bir nəfər...

01.07.2018

İyunun 30-da Sabunçu rayonunun Bilgəh qəsəbəsi ərazisində şəxsiyyəti məlum olmayan bir nəfər qəsəbə sakini Rəsmiyyə Mirzəyevaya hədə-qorxu gələrək mobil telefonunu almışdır.
42-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən həmyerlisi, əvvəllər məhkum olunmuş Nizami Vəzirov saxlanılmışdır.
Sabunçu RPİ tərəfindən araşdırma aparılır.

İyunun 30-da Nizami rayonu ərazisində şəxsiyyəti məlum olmayan bir nəfər Beyləqan rayon sakini Qızbəs Quliyevaya zor tətbiq edərək mobil telefonunu almışdır.
Əlahiddə Çevik Polis Alayının əməkdaşları tərəfindən soyğunçuluğu törətməkdə şübhəli bilinən Saatlı rayon sakini, əvvəllər məhkum olunmuş Nəcmin Ağayev saxlanılmışdır.
Nizami RPİ tərəfindən araşdırma aparılır.





Çap et  Çap et