Bakı şəhər Baş Polis İdarəsi

Xəbərlər

Əsas səhifə

Oğurluq etdiyinə görə tutulmuş Rəvan Abdullayevin ətrafında Yasamal RPİ 26-cı PB–nin əməkdaşları...

13.04.2018

Oğurluq etdiyinə görə tutulmuş Rəvan Abdullayevin ətrafında Yasamal RPİ 26-cı PB–nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun martın 4-də R.Nəbiyevə məxsus “Nissan” markalı avtomobildən 150 manat pul, martın 28-də isə K.Ağayevə məxsus “Toyota” markalı avtomobildən 40 manat pul və bankomat kartı oğurlaması da müəyyən edilmişdir. 

Nəsimi RPİ 21-ci PB-nin əməkdaşları tərəfindən cari ilin mart ayı ərzində rayon ərazisində 3 avtomobildən akkumulyator oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Aydın Hüseynov saxlanılmışdır.

Aprelin 13-də DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə müraciət edən Bakı şəhər sakini Ceyhun Novruzov saat 1 radələrində Zabrat qəsəbəsi ərazisində “Mercedes” markalı avtomobilinə yaxınlaşan 6 nəfər tanımadığı şəxsin Binəqədi qəsəbəsinə gedəcəklərini deməsi, etiraz etdikdə isə onu döyərək mobil telefonunu aldıqlarını bildirib. Dərhal məlumatla əlaqədar Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə soyğunçuluğu törətməkdə şübhəli bilinən şəxslər qısa zamanda müəyyən edilib. Görülmüş tədbirlərlə onlar “isti izlər”lə saxlanılıblar. Araşdırmalarla onların Bakı şəhər sakinləri İlfat Qasımov, Elşad İsmayılov, Murad Muradov, Vasif Vəlizadə, əvvəllər məhkum olunmuş Orxan Vəlizadə və Füzuli rayon sakini Rəşad Əliyev olduqları müəyyən edilib.  Onların qəsəbə ərazisində digər “Mercedes” markalı avtomobilin sürücüsü Səxavət Piriyevə qarşı da eyni üsulla cinayət törətdikləri müəyyən edilib.  Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır. 

Aprelin 13-də Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini N.Məmmədzadə həmin gün saat 17 radələrində bankomatdan pul çıxarıb evə gedərkən blokun girişində naməlum şəxsin hədə-qorxu gələrək onun üzərindəki 143 manatını alaraq aradan çıxdığını bildirib. Məlumatla əlaqədar Polis Şöbəsinin əməkdaşları tərəfindən dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb və qısa zamanda cinayəti törətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək “isti izlər”lə saxlanılıb. Araşdırmalarla onun Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Əfqan Hüseynov olduğu müəyyən edilib. Saxlanılan şəxs N.Məmmədzadəni bankomatdan pul çıxararkən gördüyünü və izləyərək bu əməli törətdiyini etiraf edib. Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır. 





Çap et  Çap et