Bakı şəhər Baş Polis İdarəsi

Xəbərlər

Əsas səhifə

Yanvarın 1-də saat 4 radələrində Nəsimi rayonunun Moskva prospektində naməlum şəxs Bakı şəhər sakini...

01.01.2018

Yanvarın 1-də saat 4 radələrində Nəsimi rayonunun Moskva prospektində naməlum şəxs Bakı şəhər sakini Fəhruz Fəhruzzadəyə zor tətbiq edib içərisində 121 manatı olan pulqabısını almışdır.
Nəsimi RPİ 19-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Ceyhun Bayramlı saxlanılmışdır.

Yanvarın 1-də Sabunçu rayonunun Sabunçu qəsəbəsində yaşayan Könül Cəfərovanın evinin mətbəxində təbii qazın sızmasından ani partlayış baş vermişdir. Nəticədə K.Cəfərova, qızı Aysun və qardaşı qızı Nərmin Məmmədova yanıq xəsarətləri almış, xəstəxanaya yerləşdirilmişlər.





Çap et  Çap et