Xəzər RPİ 1-ci PB və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində...
27.12.2017
Xəzər RPİ 1-ci PB və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin dekabr ayı ərzində rayon ərazisindəki 3 mağazadan və 1 marketdən pul, mobil telefon, tütün məmulatı və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini olan 1 yeniyetmə saxlanılmışdır.
Qaradağ RPİ 10-cu PB-nin əməkdaşları tərəfindən bu il iyunun 1-də rayon ərazisindəki evlərin birindən 5320 manat və qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Nigar Hüseynova saxlanılmışdır.
Suraxanı RPİ 31-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə cari ilin avqust ayından dekabr ayınadək olan müddətdə rayon ərazisindəki 4 evdən və 4 avtomobildən akkumulyator, təmir-tikinti alətləri, su mühərriki və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri olan 2 yeniyetmə saxlanılmışlar.
Dekabrın 27-də Binəqədi rayonunun Atatürk prospektindəki mağazaların birindən oğurluğa cəhd göstərməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Süleyman Novruzov və Niyaz Qasımov Baş Mühafizə İdarəsi əməkdaşları tərəfindən saxlanılaraq Nərimanov RPİ 16-cı Polis Bölməsinə təhvil verilmişlər.