Bakı şəhər Baş Polis İdarəsi

Xəbərlər

Əsas səhifə

Oktyabrın 8-də saat 18 radələrində Suraxanı rayonunun Bülbülə qəsəbəsi...

08.10.2017

Oktyabrın 8-də saat 18 radələrində Suraxanı rayonunun Bülbülə qəsəbəsi ərazisində qəsəbə sakini Ələsgər Ələkbərov idarə etdiyi “Audi” markalı avtomobillə yola qəflətən çıxan Bakı şəhər sakini Davud Mahmudovu vurub. Xəstəxanaya yerləşdirilən D.Mahmudov orada ölüb. Suraxanı RPİ tərəfindən araşdırma aparılır.

Xəzər RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cari il iyulun 25-də Bakı şəhər sakini olan bir qadının çantasından 150 manat və 2 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakini olan bir yeniyetmə tutulub. Ətrafında aparılan tədbirlərlə onun iyulun 3-də daha 2 paytaxt sakininin içərisində 25 manat, 2 ədəd mobil telefon və sənədlər olan çantalarını oğurlaması da müəyyən edilmişdir. 

Oktyabrın 8-də Bakı şəhər sakini olan bir qadın Binəqədi RPİ 5-ci PB-yə müraciət edərək həmin gün rayon ərazisində tanışı Abhüseyn Axundovun zor tətbiq edərək ondan 1500 manat pul almasını bildirib. 5-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində A.Axundov tutulub.

Oktyabrın 7-də Xətai rayonunun Telnov küçəsindən Bakı şəhər sakini Əkbər Əsgərova məxsus  “Mercedes” markalı avtomobil qaçırılıb. Təhlükəsiz Şəhər Xidmətinin əməkdaşları tərəfindən oktyabrın 8-də avtomobilin Suraxanı rayonu ərazisində hərəkətdə olması müəyyən edilərək aidiyyatı üzrə məlumat verilib. Xətai RPİ 34-cü PB-nin əməkdaşları tərəfindən görülən tədbirlərlə avtomobil saxlanılıb və onu qaçırmaqda şübhəli bilinən paytaxt sakini Ramail Qafarov tutulub.





Çap et  Çap et