Soyğunçuluq etməkdə şübhəli bilindiyinə görə tutulan Vüsal Rzayevin ətrafında Nizami RPİ 25-ci PB əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri...
21.07.2017
Soyğunçuluq etməkdə şübhəli bilindiyinə görə tutulan Vüsal Rzayevin ətrafında Nizami RPİ 25-ci PB əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun mayın 1-də rayon ərazisində bir qadının içərisində 500 manat pul olan çantasını quldurluq yolu ilə alması da müəyyən edilib.
İyulun 20-də Səbail rayonu ərazisindəki köşklərdən birindən mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Elvin Hümbətov Səbail RPİ 9-cu PB-nin əməkdaşları tərəfindən tutulub.
Sabunçu RPİ 13-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 20-də rayon ərazisindəki qarajlardan birindən monitor və yaddaş kartı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Fərid Məmiyev tutulub. Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun iyulun 18-də rayon ərazisindəki çay evlərindən birindən 4 ədəd televizor, 13 ədəd oyun aparatı, 26 ədəd pult və 1 ədəd noutbuk oğurlaması da müəyyən edilib.
Suraxanı RPİ-nin əməkdaşları tərəfindən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Arif Əliyevdən 510 qram tiryək götürülüb.
Binəqədi RPİ-nin əməkdaşları tərəfindən rayon ərazisində dilənçiliklə məşğul olduqlarına görə 11 nəfər saxlanılaraq barələrində protokollar tərtib edilib.