Bakı şəhər Baş Polis İdarəsi

Xəbərlər

Əsas səhifə

Bakı şəhərində baş vermiş cinayət faktları və tutulmuş şəxslər barədə

14.01.2016

Suraxanı RPİ 31-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, yanvarın 13-də Bül-Bülə qəsəbəsində yaşayan 1963-cü il təvəllüdlü Feyzulla Murtuzov qardaşı 1959-cu il təvəllüdlü İdrisə bıçaq xəsarəti yetirdiyinə görə tutulub.

Yanvarın 13-də Ə.Qayıbov küçəsində əvvəllər məhkum olunan Bakı şəhər sakini, 1968-ci il təvəllüdlü Muxtar Məmmədov və 1975-ci il təvəllüdlü Vüqar Bayramov Xaliq Dərgahova məxsus «Kamaz» markalı avtomobildən yanacaq oğurlayarkən Nərimanov RPİ PPXB-nin əməkdaşları tərəfindən yaxalanaraq aidiyyatı üzrə 17-ci PB-yə təhvil verilib.

Sabunçu RPİ 13-cü PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, yanvarın 1-də və 11-də Bakıxanov qəsəbəsində Zahidə Zəliyevaya məxsus «Mercedes», Günel Cabbarovaya məxsus «Mitsubishi» markalı avtomobillərdən, şüşəni sındırmaq yolu ilə oğurluq etməkdə şübhəli bilinən əvvəllər məhkum olunan Bakı şəhər sakini, 1990-cı il təvəllüdlü Nəriman Vəliyev tutulub.

Nəsimi RPİ PPXB və 19-cu PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, oğurluqda şübhəli bilinən Bakı şəhər sakini, 1997-ci il təvəllüdlü Ənvər Əliyev tutulub. Müəyyən edilib ki, o, dekabrın 30-a keçən gecə Moskva prospektində Nəzakət Muradovaya məxsus mağazadan, pəncərənin dəmir barmaqlığını sındırmaqla ərzaq məhsulları və tütün məmulatları, 4-cü mikrorayon H.Seyidzadə küçəsində «Qasid» firmasına məxsus qəzet köşkündən, qapının qıfılını sındırmaqla 2700 manatlıq tütün məmulatı və saqqız, yanvarın 9-a keçən gecə isə A.Məhərrəmov küçəsində Salman Orucova məxsus köşkdən tütün məmulatları oğurlayıb.

Yasamal RPİ 29-cu PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, əvvəllər məhkum olunan Bakı şəhər sakini, 1981-ci il təvəllüdlü Emil Rəhimovdan 1 ədəd AKM markalı avtomat, 22 ədəd parton və 4 ədəd avtomat darağı aşkar edilərək götürülüb.

Xətai RPİ CAŞ əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, AR CM-nin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan 1978-ci il təvəllüdlü Mübariz Abdullayev tutulub.

Bakı şəhər Baş Polis İdarəsi
14.01.2016





Çap et  Çap et