Bakı şəhər Baş Polis İdarəsi

Xəbərlər

Əsas səhifə

Bakı şəhərində baş vermiş cinayət faktları,tutulmuş şəxslər və narkotik maddənin aşkar olunması barədə

12.01.2016

Xəzər RPİ 1-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, yanvarın 11-də Mərdəkan qəsəbəsində Namiq Rzayevə məxsus mağazadan, pəncərənin dəmir barmaqlığını sındırmaqla 56 manat və tütün məmulatları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, 1985-ci il təvəllüdlü Xəyal Abıyev tutulub.

Binəqədi RPİ 40-cı PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, yanvarın 9-a keçən gecə Sulutəpə qəsəbəsi R.Allahverdiyev küçəsində Aslan Arzumanova məxsus «Shaqman» markalı avtomobildən 2 ədəd akkumulyator oğurlamaqda şübhəli bilinən əvvəllər məhkum olunan Abşeron rayon sakini, 1996-cı il təvəllüdlü Ariz Mirzəyev tutulub.

Bakı şəhər BPİ NMİ əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, Quba rayon sakini, 1993-cü il təvəllüdlü Mərhəmət Sədirovdan 5,15, Bakı şəhər sakinləri - Xəzər RPİ tərəfindən borclu kimi axtarışda olan 1987-ci il təvəllüdlü Nahid Həsənovdan 5,88 və əvvəllər məhkum  olunan 1983-cü il təvəllüdlü Rəşad Əzimovdan 5,84 qram, ona məxsus zəmbildən isə 19 kiloqram 150 qram qurudulmuş marixuana aşkar edilib.
Araşdırma zamanı müəyyən edilib ki, onlar yanvarın 8-də Bakı şəhər sakini Zaur Aslanova məxsus Şüvələn qəsəbəsində yerləşən bağ evindən velosiped, yanvarın 9-da həmin ünvandan qədim samovar, qədim 3 ədəd mis podnos və külqabı, 2 ədəd  xəncər, geyim və elektron məişət əşyaları oğurlayıblar. Oğurlanan əşyalar maddi sübut kimi götürülüb.

Binəqədi RPİ 5-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, AR CM-nin 179-cu (mənimsəmə və ya israf etmə) maddəsilə axtarışda olan 1980-ci il təvəllüdlü Vüqar Babayev tutulub.

Binəqədi RPİ 6-cı PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, yanvarın 9-da Biləcəri qəsəbəsi Y.Hüseynov küçəsində Elsevər Zeynalovun yaşadığı mənzildən içərisində 2400 ABŞ dollar, şəxsiyyət və sürücülük vəsiqəsi olan pul kisəsini oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, 1976-cı il təvəllüdlü Rafiq Babayev tutulub.

Sabunçu RPİ 12-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, yanvarın 8-də Sabunçu qəsəbəsi Ə.Məmmədəliyev küçəsində Nicat Əhmədovun əlindən 247 manatını alıb qaçaraq soyğunçuluq hərəkətində şübhəli bilinən Bakı şəhər sakini, 1991-ci il təvəllüdlü Şamil Novruzzadə tutulub.

Suraxanı RPİ 31-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, AR CM-nin 177-ci (oğurluq) maddəsilə axtarışda olan 1996-cı il təvəllüdlü Kamran Talıbov tutulub.

Xətai RPİ CAŞ əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, AR CM-nin 178-ci (dələduzluq) maddəsilə axtarışda olan 1975-ci il təvəllüdlü Sahib Rüstəmov tutulub.

Bakı şəhər Baş Polis İdarəsi
12.01.2016






Çap et  Çap et