Oğurluq etdiyinə görə tutulmuş Vüsal Mikayılovun ətrafında DİN-in Baş Cinayət Axtarışı İdarəsi və Nərimanov RPİ 16-cı PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri...
14.05.2018
Oğurluq etdiyinə görə tutulmuş Vüsal Mikayılovun ətrafında DİN-in Baş Cinayət Axtarışı İdarəsi və Nərimanov RPİ 16-cı PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun Bakı şəhər sakinləri olan 2 qadının 458 manat pulunu, mobil telefonlarını və sənədlərini oğurlaması da müəyyən edilmişdir.
Nizami RPİ 23-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 9-da Taciəddin Əliyevə məxsus “VAZ-2107” markalı avtomobili qaçırmaqda şübhəli bilinən Füzuli rayon sakini Şirxan Quliyev saxlanılmışdır. Ondan narkotik vasitə olan heroin götürülmüşdür.
Yasamal RPİ 27-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində mayın 5-də Bakı şəhər sakini X.Tağıyevanın çantasından 400 manat pul, ətir və gümüş əşyalar, mayın 7-də isə A.Məmmədovun mobil telefonunu oğurlamaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Vadim Sedov saxlanılmışdır.
Oğurluq etdiyinə görə tutulmuş Fərman Bağırovun ətrafında Suraxanı RPİ 32-ci PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun Qaraçuxur qəsəbəsində 3 evdən pul və qızıl əşyalar oğurlaması da müəyyən edilmişdir.