Ölçü:
Rəng:
Şəkillər:

Saytın əsas versiyası

Əsas səhifə › Xəbərlər

Xətai RPİ 34-cü PB və Əlahiddə Çevik Polis Alayının əməkdaşları tərəfindən..

16.10.2017

Xətai RPİ 34-cü PB və Əlahiddə Çevik Polis Alayının əməkdaşları tərəfindən rayonun N.Mahmudov küçəsindəki məişət tullantıları yığılan yerlərdən birindən 4 ədəd “F-1” qumbarası, 5 ədəd alışqan, 1 ədəd “AKSU-74” markalı nömrəsi silinmiş silah, 1 ədəd patron darağı və 6 ədəd 5,45 çaplı patron olan idman çantası tapılıb.

Nərimanov RPİ 16-cı PB-nin əməkdaşları tərəfindən oktyabrın 13-də Rafiq Məmmədova məxsus kompyuter salonundan 2 ədəd oyun aparatı və 12 ədəd pult oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Baba İlyasov tutulub.

Oğurluq etməkdə şübhəli bilindiyinə görə tutulan Asif Qalimovun ətrafında Nərimanov RPİ 18-ci PB-nin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun cari ilin iyul - avqust ayları ərzində rayon ərazisində 1 kafedən, 1 çay evindən, 1 oyun zalından, habelə 3 avtomobildən pul, mobil telefon, oyun aparatı və noutbuk oğurlaması da müəyyən edilib.