Xəbərlər

Əsas səhifə

SAĞLAM HƏYAT TƏRZI UĞRUNDA

07.02.2015

Bakı şəhər BPİ-nin təşkilatçılığı və təşəbbüsü ilə polis əməkdaşları paytaxt ərazisində fəalliyyət göstərən orta məktəblərin müəllim-şagird kollektivi ilə görüşlər keçirir, cəmiyyəti qayğılandıran narkomaniya bəlasının fəsadları barədə tövsiyələr, dəyərli məsləhətlər verir.


Fevralın 3-də paytaxtın Nizami rayonunda yerləşən 272 nömrəli tam orta məktəbdə “Narkomaniya - ümumbəşəri bəladır” və “Sağlam həyat tərzi” mövzusunda tədbir keçirilib. Tədbirdə ölkəmizdə narkomaniyaya qarşı mübarizəni gücləndirmək məqsədilə mühüm qanunların qəbul edildiyini, bu problemin həlli ilə bağlı dövlət proqramlarının icra olunduğu diqqətə çatdırılmışdır.
Tədbirdə çıxış edən Baş İdarənin İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşı, polis mayoru        Kəmalə Ələkbərova vurğulayıb ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə qətiyyətli mübarizə yalnız polisin deyil, bütün cəmiyyətin qarşısında duran ən mühüm məsələlərdən biridir.  Çünki, narkomaniyanın yayılması qlobal bir problemdir və millətin genofondu üçün təhlükə törədir. Narkotik maddələrin qəbul edilməsi ilə insan fiziki və psixoloji cəhətdən məhv olur. Bu bəlaya qarşı mübarizədə valideyn və müəllimlərin, əmək kollektivlərinin də üzərinə böyük vəzifələr düşür.


Baş Idarənin Narkotiklə Mübarizə İdarəsinin əməkdaşı, polis polkovnik-leytenantı Elşən Cahangirov narkomaniyanın çox ağır problem olduğunu deyib. Qeyd olunub ki, bu, həm sosial, həm də iqtisadi problemdir. çünki insanların narkomaniyadan çəkindirilməsi ictimai sifarişdir və cəmiyyətin, dövlətin qarşısında duran əsas məsələrdən biridir.
Baş İdarə rəisinin şəxsi heyətlə iş üzrə köməkçisi, polis mayoru Zaur Əlizadə yalnız birgə səmərəli fəaliyyətlə bu dəhşətli bəlanın qarşısının alınmasının əhəmiyyətindən danışaraq, polis-vətəndaş əlaqələrinin vacibliyini önə çəkib. Bildirib ki, son illər uğurlu əməliyyat tədbirləri nəticəsində ölkədə narkotiklərin qanunsuz dövriyyəsi cəhdlərinə qarşı mübarizə daha da güclənib.

BPİ-nin Veteranlar Şura sının sədri, təqaüddə olan polis polkovnik-leytenantı Emin Məmmədov, Nizami RPİ İctimai Təhlülkəsizlik şöbəsinin bölmə rəisi, polis mayoru Aydın Şəkərəliyev və başqaları çıxışlarında narkomaniyanın cəmiyyətin sağlam həyat tərzi üçün təhlükəsindən  bəhs etmişlər. Qeyd olunmuşdur ki, uzun illərdir insanlar narkomaniyanın törətdiyi ağır fəsadlarla üzləşir. Dünya Səhiyyə Təşkilatının məlumatına görə, dünya əhalisinin 250 milyonu bu dəhşətli xəstəlikdən əziyyət çəkir. Narkomaniya insanları ölümə məhkum edən və genefonda sarsıdıcı zərbə vuran bəladır.


Dialoq şəkilində davam edən tədbirdə məktəbin direktoru Rəhilə Əhmədova, məktəbin direktor müavini Sevinc Rəfiyeva  uşaq və yeniyetmələrlə tərbiyəvi işin ailədən başlanmalı olduğuna diqqəti yönəldiblər. Diqqətə çatdırılıb ki, gənc nəsildə vətənpərvərlik hissləri və digər müsbət meyillər uşaq yaşlarından aşılanmalıdır.
Sonda polis əməkdaşları tədbir iştirakçılarının təkliflərini dinlənilmiş, müəllim və şagirdləri maraqlandıran suallara ətraflı cavab vermişlər.