Xəbərlər

Əsas səhifə

NARKOMANIYA - ÜMUMBƏŞƏRI BƏLA

28.01.2015

Bakı şəhər BPİ-nin təşkilatçılığı və təşəbbüsü ilə polis paytaxt ərazisində fəaliyyət göstərən orta məktəblərin muəllim-şagird kollektivi ilə göruşlər keçirir, cəmiyyəti qayğılandıran narkomaniya bəlasının fəsadları barədə tövsiyələr, dəyərli məsləhətlər verilir.
Yanvarın 23-da paytaxtın Yasamal rayonunda yerləşən 225 nömrəli tam orta məktəbdə “Narkomaniya - ümumbəşəri bəla” mövzusunda tədbir keçirilib.
 
Tədbirdə çıxış edən, Baş İdarənin Narkotiklə Mubarizə İdarəsinin əməkdaşı, polis polkovnik-leytenantı Elşən Cahangirov bildirib ki, narkomaniya bəlasının ictimai təhlukəliliyi ondan ibarətdir ki, bu cinayət həmişə gizli şəraitdə baş verir. Polis polkovnik-leytenantı diqqətə zatdırıb ki, narokomanlıq yoluxucu xəstəlik kimi cəmiyyəti təhdid edir, hər bir vətəndaş bu bəlaya qarşı mubarizəyə qoşulmalıdır.

BPİ IcTI-nin əməkdaşı, polis mayoru Kəmalə Ələkbərova ölkəmizdə huquq-muhafizə orqanlarının narkotiklərin qeyri-qanuni dövriyyəsinə qarşı aparılan mubarizənin əhəmiyyətindən danışıb. Vurğulanıb ki, yeniyetmə və gənclərin narkomaniyaya qurşanması onların təhsildən yayınmasına, ictimai həyatdan uzaqlaşmasına, ətrafdakı insanlara daha çox cinayətkar simasının aşılanmasına, ən əsası da sağlamlıqlarının zərbə altında qalmasına səbəb olur.

Baş İdarə rəisinin şəxsi heyətlə iş uzrə köməkçisi, polis mayoru Zaur Əlizadə narkomaniya və narkobiznesə qarşı mubarizənin əhəmiyyətinə diqqət çəkərək vurğulayıb ki, narkotizmlə mubarizədə hər bir şəxsin fərdi və birgə fəaliyyətinə böyuk ehtiyac var.
Rayon ağsaqqallarının da iştirak etdiyi tədbirdə Yasamal RPİ İctimai Təhlükəsizlik şöbəsinin YYÇİÜ bölməsinin rəisi, polis mayoru Mayıs Nuruyev, inspektor, polis polkovnik-leytenantı Fərqanə Şərifova da çıxış edib, öz tövsiyələrini bildiriblər.
 
Tədbirdə  məktəbin öz fəaliyyət dərnəyinin hazırladığı  “Narkomaniya - ümumbəşəri bəladır” səhnəcik numayiş olunub.
Məktəbin direktoru Sevda Eminova yeniyetmələrin zərərli vərdişlərdən-narkomaniyadan qorunması üçün polis-məktəb əlaqələrinin böyuk əhəmiyyət kəsb etdiyini vurğulamış və ictimaiyyətin birgə fəaliyyətinin zəruriliyini diqqətə çatdırıb.
Sonda polis əməkdaşları tədbir iştirakçılarının təkliflərini dinləmiş, müəllim və şagirdləri maraqlandıran suallara cavab vermişlər.  
 
* * *
 
Yanvarın 16-da paytaxtın Nərimanov rayonunda yerləşən 258 nömrəli tam orta məktəbdə “Narkomaniyaya qarşı mübarizə və sağlam həyat tərzi” mövzusunda tədbir keçirilib. Tədbirdə Baş İdarənin və Rayon Polis Idarəsinin əməkdaşları psixotrop maddələrin qəbulu və onu “zəruri” edən səbəblər, narkotik maddələrin insan həyatında törətdiyi fəlakətlər barədə danışmışlar.

Baş İdarə rəisinin şəxsi heyət üzrə böyük köməkçisi, polis polkovniki Əli Vəliyev tədbirdə çıxış edərək vurğulayıb ki, xalqımız müstəqillik əldə etdikdən sonra bir sıra problemlər kimi, narkomaniyaya qarşı mübarizə istiqamətində də vacib addımlar atılmışdır. Ümummilli lider Heydər Əliyev narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni ümumdövlət vəzifəsi hesab edərək, 1996-cı il avqustun 26-da “Narkomanlığa və narkotik vasitələrin qanunsuz düvriyyəsinə qarşı mübarizə tədbirləri haqqında” Fərman imzalamış və problemin həlli yollarını göstərmişdir. Bu fərman əsasında ölkəmizdə 2000-ci ilədək narkomanlığın yayılmasına, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz düvriyyəsinə qarşı mübarizə üzrə Ümummilli Proqram hazırlanmış, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası yaradılmışdır.

Tədbirdə çıxış edən Bakı Şəhər BPİ Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov, Baş İdarənin İctimai Təhülükəsizlik İdarəsinin əməkdaşı, polis mayoru Kəmalə Ələkbərova ölkəmizdə hüquq-mühafizə orqanları səviyyəsində narkotiklərin qeyri-qanuni düvriyyəsinə qarşı lazımi mübarizənin aparılmasından danışdılar. Diqqətə çatdırıldı ki, hər bir polis əməkdaşı narkomaniyaya qarşı mübarizədə əlindən gələni edir, onun aradan qalxmasına səy güstərir. Narkotik vasitələrin insan orqanizmində törədə biləcəyi ağır fəsadlarla əlaqədar bildirildi ki, bu, narkoman adlanan konkret şəxslərin xəstəliyi olsa da, narkomaniya ilə mübarizə bütövlükdə cəmiyyətin problemidir.

Baş İdarənin əməkdaşları - polis mayoru Zaur Əlizadə, polis kapitanı Fuad İmanov narkotik vasitələrlə bağlı cinayətlərlə mübarizənin əsas istiqamətlərindən, rayon polis idarəsinin əməkdaşı, polis mayoru Rüstəm Rüstəmov narkomaniyanın yayılmasının cəmiyyətin sağlam həyat tərzi üçün təhlükəsindən danışdılar. Bildirildi ki, narkomaniyaya qarşı mübarizə işində valideyn və müəllimlərin, əmək kollektivlərinin də üzərinə büyük vəzifələr düşür. Siqaretdən başlayaraq bütün narkotiklərin ən büyük zərəri birbaşa beyin və mərkəzi sinir sisteminə təsir edir. Bu bəlanın qarşısının vaxtında alınmaması cəmiyyətdə büyük problemlərə səbəb ola bilər.

Baş İdarənin Veteranlar Şurasının sədri, təqaüddə olan polis mayoru Emin Məmmədov çıxışında bəşəriyyət üçün çox ciddi problemə çevrilmiş narkomanlığın yayılmasına qarşı hamılıqla mübarizə aparılmasının vacibliyini önə çəkdi.
Tədbirdə narkomaniyaya aid videoçarx nümayiş olundu.

Dialoq şəkilində davam edən tədbirdə məktəbin direktoru Sədaqət Hüseynova yeniyetmələrin zərərli vərdişlərdən - narkomaniyadan qorunması üçün polis - məktəb əlaqələrinin əhəmiyyətindən danışdı və ictimaiyyətin birgə fəaliyyətinin zəruriliyini diqqətə çatdırdı.
Sonda polis əməkdaşları tədbir iştirakçılarının təkliflərini dinlədilər, müəllim və şagirdləri maraqlandıran suallara ətraflı cavab verdilər.