Xəbərlər

Əsas səhifə

CİNAYƏT CƏZASIZ QALMAZ

22.04.2014

Iki il əvvəl Bakıda törədilmiş cinayətin üstü açılıb. Hadisə 2012-ci il aprelin 29-da paytaxtın Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən kafedə baş verib. Gecə saatlarında kafedə yaranan münaqişə zamanı Şəki şəhər sakini Tərlan Məmmədov ağır bədən xəsarətlərilə xəstəxanaya yerləşdirilib. 
 
Xətai RPI əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, hadisəni Bəşir Mirzəyevin törətməsi müəyyən edilib. Şübhəli şəxs müəyyən edilsə də, o, ölkə hüdudlarını tərk etdiyindən cinayət işinin icraatı müvəqqəti dayandırılıb. Bu il Bakıya gələn B.Mirzəyev aprelin 5-də Azərbaycanı tərk etmək istəyərkən hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən yaxalanıb. 
 
Baş vermiş cinayət faktı barədə danışan RPI-nin müstəntiqi, polis kapitanı Azad Əliyevin sözlərinə görə, Bəşir Mirzəyev istintaq zamın hadisənin adi bir zarafatdan yarandığını bildirib. Həmyerlilər arasında yaranan mübahisədə tərəflər bir-birinin ünvanına təhqiredici ifadələr işlədiblər. Bu zaman Bəşir güzünə sataşan stolun üstündəki butulka ilə Tərlan Məmmədovu ağır yaralayıb. O, bundan sonra hadisə yerindən qaçaraq ölkəni tərk edib. 
Bəşir iki il keçdikdən sonra hər şeyin yaddan çıxdığını və məsuliyyətdən yayındığını zənn edərək Bakıya dönüb. Amma sən saydığını say deyirlər... O, elə bu səfəri zamanı yaxalanaraq istintaqa cəlb olunub. 
Faktla bağlı Xətai RPI Istintaq Şöbəsində araşdırmalar davam etdirilir.