Xəbərlər

Əsas səhifə

Vətəndaş müraciətlərinə baxılması diqqət mərkəzindədir

06.08.2018

Daxili işlər orqanların idarəetmə sistemində müasir, vətəndaş yönümlü fəaliyyət -  vətəndaşların qəbulu və müraciətlərinə baxılması diqqət mərkəzindədir. 
Polis-vətəndaş münasibətlərin möhkəmlənməsi, ictimai etimadın gündən-günə güclənməsi hər bir polis əməkdaşının fəaliyyəti ilə bağlıdır. Bu, vətəndaşla polis arasındakı münasibətlərdə yeni düşüncə tərzi formalaşdırır. Polis orqanlarına daxil olan müraciətlər onu deməyə əsas verir ki, dövlət tərəfindən müəyyən olunan proqram vəzifələrin və zəruri təşkilati-əməli tədbirlər cari ilin birinci yarısında effektiv icra olunub. Cəmiyyətdə mütləq çoxluğun mənafeyini əks etdirən bu məqsədlər DİN-ə daxil olan şikayətlərin sayının 18,4 faiz azalmasına təsir edib.
Bu barədə iyulun 14-də Daxili İşlər Nazirliyində 2018-ci ilin birinci yarısında cinayətkarlıqla mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə fəaliyyətin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş Kollegiya iclasında vurğulanıb. Nazirliyin rəhbərliyi tərəfindən 805, o cümlədən kütləvi informasiya vasitələrində qabaqcadan məlumat verilməklə respublikanın ayrı-ayrı şəhər və rayonlarında 156 vətəndaşın qəbulu həyata keçirilib, qaldırılan məsələlərin əksəriyyəti həll olunub.