Xəbərlər

Əsas səhifə

Sürücü müəyyən olunaraq məsuliyyətə cəlb olunub

26.07.2018

Sosial şəbəkələrdə sükan arxasında narkotik qəbul edən sürücü müəyyən olunaraq inzibati məsuliyyətə cəlb olunub. Bakı şəhər BPİ Dövlət Yol Polis İdarəsindən verilən məlumata görə, müəyyən olunan sürücü İlkin Tağıyev və ictimai nəqliyyat vasitəsinin marşrut üzrə kalon rəisi Oktay Qurbanov barəsində toplanmış materialların xüsusatları araşdırılmaqla məhkəməyə təqdim edilib. Məhkəmənin qərarı ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri İ.Tağıyev 30 sutka, O.Qurbanov 15 sutka ilə məsuliyyətə cəlb olunub. 

Saxlanılan şəxslərə fərdi profilaktik söhbət aparılıb. Sürücü öz əməlindən peşman olduğunu qeyd edib. Bildirib ki, bir neçə gün əvvəl ictimai nəqliyyat şirkətində işə düzəlib və video yayılan gün də hələlik qeyd etmədiyi mənbədən narkotik maddəni əldə edib və sükan arxasına qəbul etməyə çalışarkən videosu çəkilib. Sosial şəbəkələrdə həmin video yayılandan sonra həbs olunub. 

Sürücüyə nəzarət etmədiyi üçün 15 sutka həbs alan kalon rəisi Oktay Qurbanov bildirib ki, bir neçə gün sürücü onlara müraciət edib və tibbi müayinə haqqında arayış və sürücülük vəsiqəsini təqdim edərək işə qəbul olunub və həmin gün də bu hərəkətləri edib.