Xəbərlər

Əsas səhifə

Hər bir insanın ən böyük amalı təhlükəsiz yaşamaqdır

20.07.2018

Yollarda hərəkətin təhlükəsizliyinin etibarlı təminatı istiqamətində qabaqcıl metod və texnologiyalardan geniş istifadə olunur. Hər bir hərəkət iştirakçısı diqqətli və musuliyyətli olmaqla bərabər, başqalarının hüquq və vəzifələrinə münasibətdə həssas olmalıdır. Bu həssaslıq isə təkcə yol polisini yox, bütün ictimaiyyəti maraqlandırır. 

Hər bir insanın ən böyük amalı təhlükəsiz yaşamaqdır. Ancaq necə yaşamaq – ehtiyatla, yoxsa ehtiyatsızlıqla? Hər bir halda təkcə qanunun tələbi deyil, intellektual təfəkkür də deyir ki, ehtiyatla yaşamayanda səhlənkərlarlıq edəndə nəticə ağır olur. Təhlil və ümumləşdirmələr göstərir ki, baş verən hər avtoqəza hadisələri o qədər fərdi mahiyyət daşıyır ki, vəziyyəti tamamilə dəyişmək, ümumiyyətlə insan təlafatı, insan sağlamlığı ilə nəticələnən, yaxud əmlaka dəyən zərəri aradan qaldırmaq olar. Qanunu bilmək, yaxud biməmək insan məsuliyyətdən azad etmir. Çünki insanın törətdiyi təqsirli əmələ görə, hüquqi vəziyyətinə qanun qiymət verir. Başqa sözlə desək, insanın bütün həyatını yalnız ictimai məsuliyyət və şəxsi intizamı təşkil edir. Bu, onu – insanı məsuliyyətli edən, təhülkəsiz edən onun əməlləridir, davranışlarıdır. 

Əməl, davranış nədir, necə təyin edilir? Mübahisəli deyil. Sadə məntiq bundan ibarətdir ki, hər bir hərəkət iştirakçısı – piyada, sürücü yollarda qaydalara əməl etməlidir. Düşünək ki, təhlükəsiz yaşamağın ən böyük qaydası, məsuliyyət yaradan həqiqətlərə - qanunlara, qanun keşikçilərinin hüquq və vəzifələrinə həssas yanaşmadır. 

Cəmiyyətin üzvü olaraq, hər birimiz özümüzü qorumağa məsul olmalı, hamının bildiyi qaydalara əməl etməklə qalmayıb, bütün cəmiyyətə bu vərdişi aşılamağa təşəbbüskar olmalıyıq. Doğrudan da təhlükəsiz və sağlam yaşamaq istəyiriksə, hamılıqla qəbul edilən umumi qaydalara əməl etməliyik.

Hər bir hərəkət iştirakçısı nəzərə almalıdır ki, qanunla qorunan inzibati hüquqlar yollarda təkcə ictimai təhlükəsizliyin təminatını yox, hərəkət iştirakçılarının ünvana vaxtında çatmasına yönəlib. Yalnız dayanacaq meydançasında, yol nişanlarının tələbinə əməl etməklə, sərnişinləri mindirmək və ya düşürtmək üçün müvafiq yerlərdə nəqliyyat vasitələrinin dayandırılmasına qanunla icazə verilir. Əgər bir sürücü nəqliyyat vasitəsini  yolun hərəkət hissəsində saxlayıb, qəza işıqlarını yandırmaqla kimisə bir dəqiqə gözləyirsə, yaxud 30 saniyə intervalında kimisə mindirib düşürürsə, paytaxtın ən az yüklü olan küçə və prospektlərinin ikizolaqlı və üçzolaqlı eyni istiqamətli yollarında 60 dan artıq nəqliyyat vasitəsinin zəncirvari olaraq, günün pik və adi saatlarından asılı olaraq, 3-10 dəqiqə arasında ləngimə yaradır. Tərəfimizdən aparılan bu hesablamalar göstərir ki, yollarda süni olaraq yaranan bu hallar yalnız sürücü düşüncəsinin dəhlizlərində nəzərə alınmayan səhlənkarlıqdır. Bu hallar paytaxt sürücüləri sırasında çoxluq təşkil etməsə də gün ərzində hərəkətin intensiv olduğu küçələrdə sıx müşahidə olunmaqdadır.

Bakı şəhər BPİ Dövlət Yol Polisi İdarəsinin 
İctimai qurumlarla əlaqə bölməsinin rəisi, 
polkovnik Vaqif Əsədov