Xəbərlər

Əsas səhifə

“Narkomaniyaya qarşı mübarizə və sağlam həyat tərzi”

10.05.2018

Polis əməkdaşları paytaxt ərazisində fəalliyyət göstərən orta məktəblərin müəllim-şagird kollektivi ilə görüşlər keçirir, narkomaniya bəlasının fəsadları barədə tövsiyələr, dəyərli məsləhətlər verilir. 

Bakı şəhər BPİ İctimai Təhlükəsizlik İdarəsindən “bakupolice.gov.az”-a verilən məlumata görə, “Narkomaniyaya yox deyək”, “Narkomaniyaya qarşı mübarizə və sağlam həyat tərzi”,  “Narkomaniya ümumbəşəri bəladır” devizi altında paytaxtın bir sıra rayonlarını əhatə edən 11 məktəbdə silsilə tədbirlər keçirilib. Baş İdarənin Narkotiklərlə Mübarizə İdarəsi ilə birgə hazırlanmış Tədbirlər Planına əsasən keçirilən maarifləndirici tədbirlərdə əsas məqsəd, gəncliyi və gələcəyi qorumaqdır, məktəbliləri bu zərərli vərdişlər barədə məlumatlandırmaqdır. 

Məlumatda vurğulanır ki, yetkinlik yaşına çatmayanların hüquq və məsuliyyəti sahəsində sistemli və ardıcıl iş aparılır. Diqqətə çatdırılıb ki, polis əməkdaşları narkomaniya bəlasına zəmin yaradan hallara qarşı mübarizədə səy göstərir, onun aradan qalxmasına çalışır. Narkotizmə qarşı mübarizə işində valideyn və müəllimlərin, əmək kollektivlərinin də üzərinə böyük vəzifələr düşür.