Xəbərlər

Əsas səhifə

Şahmat turniri başa çatdi

19.04.2018

Turnir Bakı şəhər Baş Polis İdarəsi tərəfindən təsdiqlənmiş tədbirlər planına müvafiq olaraq keçirilib. Doqquz  turdan ibarət İsveçrə sistemi üzrə keçirilən turnirdə 12 komanda tərkibində 36  polis əməkdaşı iştirak edirdi. Bu sistemə əsasən, yarışlarda iştirakçılar toplanmış ümumi xal üzrə həm şəxsi, həm də komanda birinciliyi uğrunda mübarizə aparıblar. 

Yekun nəticələrə əsasən şəxsi hesabda birinci yeri 8.5 xalla Bakı şəhər Baş Polis İdarəsi rəisinin şəxsi heyətlə iş üzrə böyük köməkçisi, polis polkovniki Əli Vəliyev tutub. Qeyd edək ki, ardıcıl bir neçə ildir  eyni nəticəni göstərən Ə.Vəliyev yarışın favoriti hesab olunurdu.    

Şəxsi birincilik üzrə Yasamal RPİ 27-ci PB-nin məsul növbətçisi, polis kapitani Vüsal Məmmədovla Yasamal RPİ-nin operatoru, polis kiçik serjantı İman Quliyev hərəyə  7  xalla ikinci yeri  bölüşüblər. Sabunçu RPİ 13-cü PB-nin baş əməliyyat müvəkkili, polis mayoru Kənan Hümbətov  isə 6.5 xalla üçüncü yeri tutub.    

FİDE hakimi Cavanşir Bağırovun idarə etdiyi yarışlarda komanda hesabında birinci yerə 19.5 xalla Bakı şəhər BPİ-nin komandası layiq görülüb. İkinci yeri 18.5  xalla Yasamal RPİ-nin, üçüncü yeri isə 16.5 xalla Metropolitendə Polis Şöbəsinin komandası tutub. 

Şəxsi və komanda hesabında qalib gəlmiş iştirakçılar kubok və  müvafiq dərəcəli medallarla təltif olunacaqlar