Xəbərlər

Əsas səhifə

Paytaxt sakinindən səkkiz kiloqrama yaxın marixuana götürülüb

29.06.2017

Daxili işlər orqanlarının əməkdaşları narkotik maddələrin qanunsuz satışına və dövriyyəsinə qarşı mübarizəni davam etdirirlər.

Nizami Rayon Polis İdarəsinin 23-cü bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Zaur Allahverdiyevdən 1,255 qram marixuana götürülüb. Ona narkotik vasitəni satan paytaxt sakini Manaf Ələkbərov da müəyyən edilərək tutulub. M.Ələkbərovdan 7 kiloqram 515 qram marixuana götürülüb.

Faktla bağlı araşdırma aparılır.