Xəbərlər

Əsas səhifə

Sürücü və piyadaların məsuliyyəti diqqət mərkəzindədir

05.12.2016

Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin, 46 saylı Məktəbdənkənar Tərbiyə İşi Mərkəzi, "Hed Academy Azerbaijan", "Park Bulvar" AVM-in birgə təşkilatçılığı ilə yol hərəkəti təhlükəsizliyinə həsr olunan layihə başa çatıb.

 Noyabrın 3-5 tarixlərində keçirilən layihə çərçivəsində Azərbaycanda ilk dəfə aşma əleyhinə simulyator geniş ictimaiyyətə təqdim olunub, sürücü və piyadalar arasında hərəkətin təhlükəsizliyi, təhlükəsizlik kəmərinin əhəmiyyəti, mahiyyəti və düzgün istifadə qaydaları diqqətə çatdırılıb.

 Aksiyada yol-nəqliyyat hadisələrinin qarşısının alınması, hərəkət iştirakçılarının intizamının möhkəmləndirilməsi, piyada təhlükəsizliyinin təmin edilməsi ilə bağlı sürücülərə tövsiyələr verilib, şagirdlər yol təhlükəsizliyi ilə bağlı bədii kompazisiyalar nümayiş etdirib. 

Tədbir müddətində 300 nəfərdən artıq paytaxt sakini aşma simulyatorundan istifadə edərək, avtomibilin aşma anını simulyasiya edib və qəza anında kəmərin sürücünü necə qoruduğunun əyani şahidi olub.
 
Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları, millət vəkilləri, ayırı-ayırı təşkilatların nüməyəndələri, hüquqşunaslar, paytaxtın müxtəlif orta məktəblərindən olan şagirdlər yol hərəkəti təhlükəsizliyi ilə bağlı maarifləndirici çıxışlar edib. 

Paytaxtın küçə və prospektində keçirilən aksiyada hərəkət iştirakçılarının diqqətinə çatdırılıb ki, müasir şəraitdə yol hərəkətinin təhlükəsizliyində, insanların həyat və sağlamlığının qorunmasında hər bir vətəndaş üzərinə düşən məsuliyyəti dərindən dərk etməlidir.
 
Avtomobilləşmənin sürətlə getdiyi indiki dövrdə hərəkətin təhlükəsizliyinin əsas şərti yol mədəniyyəti ilə yanaşı, sürücü, piyada məsuliyyətidir.