Xəbərlər

Əsas səhifə

Vətəndaşların nəzərinə!

12.04.2016

 

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli Fərmanı ilə cari ilin mart ayının 1-dən etibarən yeni İnzibati Xətalar Məcəlləsi qüvvəyə minib. Bununla əlaqədar Daxili İşlər Nazirliyinin müvafiq sistemlərində yeni Məcəllənin maddələrinə uyğun olaraq müvafiq dəyişikliklərin tətbiqinə başlanılıb.

Bu istiqamətdə inzibati xəta haqqında iş üzrə qərar qəbul edilməmiş (qərarsız) protokollar barədə məlumatların əldə edilməsi və onların ödənişinin həyata keçirilməsi üçün Daxili İşlər Nazirliyinin mövcud "Elektron Ödənişlər Sistemi"ndə əlavə funksionallıqlar işlənib hazırlanıb.

Həmçinin Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi İnformasiya Sistemində nəqliyyat vasitələri və sürücülük vəsiqələri barədə məlumatların Fərdi İdentifikasiya Nömrələri ilə təmin edilməsi işinin daha da təkmilləşdirilməsi məqsədilə yeni elektron xidmət kabineti yaradılıb. Bununla da elektron protokollarda Fərdi İdentifikasiya Nömrələrilə təmin edilmə texniki baxımdan mümkün olan ən yüksək həddə çatdırılıb.

Vətəndaşlar bu xidmətlərdən istifadə etmək üçün https://e-xidmet.mia.gov.az və https://e-payment.mia.gov.az  linklərinə daxil ola bilərlər.

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi

9 aprel 2016-cı il