POLİS - VƏTƏNDAŞ MÜNASİBƏTLƏRİ

Əsas səhifəMətbuatda polis

70 il qapalı dövlətdə yaşadığımız üçün biz dünyada gedən proseslərdən kənarda qalmalı olmuşuq. Polis - vətəndaş münasibətlərinin də qapalı olduğu həmin dövrün təcrübəsi sübut edir ki, bu, hər baxımdan cəmiyyət maraqlarının ziyanına işləyib. Yüz ildən artıq tarixi olan kriminalistika hələ də bir suala cavab tapa bilmir - cinayətin qarşısını almaq üçün həmin hadisənin iştirakçısı olmaq vacibdirmi? Amma bu suala cavab axtaranda görürsən ki, cavab veriləcək suallar daha çoxdur. “İnsan niyə cinayət törədir?” sualı da cavabsızdır. Hələlik yeganə cavabCəmiyyət olduqca, cinayət də olacaqdır. Yeganə yol da cinayətkarlıqla mübarizə aparmaq və onun səviyyəsini minimuma endirməkdir. Təcrübə göstərir ki, cinayətkarlığın qarşısının alınması üçün polis - vətəndaş münasibətlərinin möhkəmlənməsi əsas yollardan biridir.

Bu gün Azərbaycanda polisin işi və xidmət dairəsi digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı əlaqələrlə məhdudlaşmır. Hadisələrə daha çevik nüfuz etmək üçün asayiş keşikçiləri cəmiyyətin fəal, nüfuzlu təbəqəsi ilə ictimai polis çətiri altında əlaqələrini genişləndirir. Azərbaycanda vətəndaşların polislə, digər hüquq-mühafizə orqanları ilə əlaqəsini göstərən bir fakt da budur ki, bu gün cinayətlərin 60-70 faizdən çoxu vətəndaşlarımızın səyi ilə açılır. Şübhəsiz ki, ölkəmizdə daxili sabitlik, əminamanlıq vətəndaşın özü üçün də çox vacibdir. Lakin polis - vətəndaş əlaqələrinin genişlənməsi təkcə cinayətin açılmasında deyil, həm də risk qrupuna daxil olan insanlara - münaqişəli ailələrə, çətin tərbiyə olunan uşaqlara ictimai nəzarətin həyata keçirilməsinə xidmət edir. Eyni zamanda, sosial narahatlıq yaradan hallara qarşı birgə mübarizəni gücləndirir.

Polisin hər küçə və məhəllədə baş verə biləcək cinayət hadisələrindən əvvəlcədən xəbər tutması qeyri-mümkündür. Təcrübə də göstərir ki, yalnız inzibati üsullara söykənən nəzarət özünü doğrultmur və ənənəvi üsulla cinayətlərin profilaktikasını aparıb kökünü kəsmək qeyri-mümkündür. Deməli, cinayətlərin qarşısının alınması və onların açılması, cinayətkarların axtarışı, ictimai qaydaya nəzarət, yol hərəkəti təhlükəsizliyinin təşkilində ictimai dəstək özü sosial sifarişdir. Ölkəmizdə əhali ilə mütəmadi ünsiyyətdə olan bayır xidmətlərində köklü islahatlar aparılaraq polis sahə inspektorlarının xidməti beynəlxalq təcrübəyə uyğun qurulur. Bu təcrübəyə əsasən, 10 min nəfərədək əhalinin yaşadığı inzibati əraziyə (sahəyə) “Sahə rəisitəhkim olunur, onun tabeliyində 3-4 polis sahə inspektoru, yetkinlik yaşına çatmayanların işləri üzrə inspektor və post-patrul xidməti əməkdaşları xidmət aparır. Eyni zamanda, həmin ərazinin nüfuzlu və fəal sakinlərindən ibarət İctimai şuralar yaradılır və qanunçuluğun qorunmasında polisin işinə kömək edir. Bununla da, cəmiyyətin dayanıqlı təhlükəsizliyə olan tələbatını ödəmək öhdəliyini üzərinə götürmüş polis ərazi üzrə kriminogen duruma nəzarət imkanlarını daha da artırmış olur.

Asayişin mühafizəsi, qeyri-aşkar şəraitdə baş vermiş ağır və xüsusilə ağır cinayətlərin açılması, axtarışda olanların tapılıb tutulması, narkotiklərin qanunsuz dövriyyəsinə, insan alverinə qarşı mübarizə və digər istiqamətlərdə həyata keçirilən xidməti fəaliyyətSahə rəislərinin də üzərinə bir sıra yeni vəzifələr qoydu. Hətta sahə rəislərinə İnzibati Xətalar Məcəlləsinin 29 maddəsi üzrə müstəqil qərar qəbul etmək səlahiyyəti də verildi. Beləliklə, xidməti ərazilərdə cəmiyyətin fəal təbəqəsindən könüllü üzvlər seçilərək polisin gündəlik həyata keçirdiyi ümumi və profilaktiki tədbirlərdə iştirak edir, əvvəllər məhkum olunanlar, münaqişəli ailələr, sərxoşluğa, narkotik vasitələrə meyllilər və digər risq qruplarına aid şəxslər ətrafında iş aparır. Bu yeniliklər inzibati ərazilərdə polisin hüquqpozmalara dərhal adekvat reaksiya verərək onları operativ aradan qaldırmaq imkanlarını genişləndirməklə, polis - vətəndaş münasibətlərini möhkəmləndirir.

İdeal cəmiyyət îëìóð. Cəmiyyətdə qayda-qanunlara məhəl qoymayanlar tapılır. Ancaq onu da bilməliyik ki, cəmiyyəti böyük ölçüdə formalaşdıran birgəyaşayış normalarını gözləyən, ictimai təəssübkeşliyi olan şəxslərin mövqeyi və baxışlarıdır. Deyirlər, insan həmişə daha çox həsrətində olduğu və heç bir vaxt yetə bilməyəcəyi mücərrəd arzularla yaşayır. Bir vaxtlar, məlum hərc-mərclik dövründə Azərbaycan reallığında ictimai təhlükəsizlik də həmin mücərrəd arzulardan biri və o qədər uzaqda idi ki, vətəndaşlar sosial qayğılarını düşünmək əvəzinə bu arzu ilə yaşayırdı. Respublikada vəziyyət çətin idi. Cinayətkar cəzasız qalırdı, günahsız cəza alırdı. Bəs indi? Dövlət vətəndaşın hüquqlarını qoruyur, təhlükəsizliyini təmin edir. İndi vətəndaş arxayındır. Çünki güvəndiyi ünvan - dövlətin əsas sütunlarından biri olan polis var.