KRİMİNAL XRONİKA

Əsas səhifə

Noyabrın 11-də Nəsimi rayonu ərazisində 2 naməlum şəxs Masallı rayon sakini...

12.11.2018

Noyabrın 11-də Nəsimi rayonu ərazisində 2 naməlum şəxs Masallı rayon sakini Rahib Qənbərova bıçaqla xəsarət yetirib 170 manatını almışdır. R.Qənbərova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılmışdır. 19-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinənlərdən Biləsuvar rayon sakini Vüqar Həsənov saxlanılmış, digərinin isə şəxsiyyəti müəyyən edilmişdir. Nəsimi RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Xəzər RPİ 2-ci PŞ və Salyan RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 234-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə axtarışda olan və əvvəllər də eyni maddə ilə məhkum olunmuş Rizvan İbrahimov saxlanılmışdır. Onun Binə qəsəbəsindəki evinə baxış zamanı isə 189,415 qram heroin, 4,497 qram tiryək, 9,899 qram marixuana və 37 ədəd metadon aşkar edilərək götürülmüşdür.

Qaradağ RPİ 10-cu PB-nin əməkdaşları tərəfindən noyabrın 10-da Lökbatan qəsəbəsi ərazisindəki köşklərin birindən 200 manat oğurlamaqda şübhəli bilinən Cəlilabad rayon sakini olan bir yeniyetmə saxlanılmışdır.

Oğurluq etdiyinə görə tutulmuş Tural Novruzovun ətrafında Nəsimi RPİ 20-ci PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun sentyabrın 15-də və 18-də rayon ərazisində 2 avtomobildən mobil telefon oğurlaması da müəyyən edilmişdir.

Nəsimi RPİ 21-ci PB-nin əməkdaşları tərəfindən oktyabrın 27-də R.Məmmədovun bank hesabından 600 manatını çıxararaq oğurlamaqda şübhəli bilinən Astara rayon sakini Zeynal Nemətov saxlanılmışdır.