KRİMİNAL XRONİKA

Əsas səhifə

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində...

17.10.2018

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində paytaxt ərazisində ictimai nəqliyyatda və insanların sıx olduğu yerlərdə qadınların çantalarından oğurluq edən şəxs saxlanılıb. Daxil olmuş müraciətlər əsasında Bakı ŞBPİ-nin Cinayət Axtarışı İdarəsi və Nizami RPİ-nin 23-cü Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin sentyabr ayından oktyabrın 16-dək olan müddətdə rayon ərazisində ictimai nəqliyyatda və insanların sıx olduğu yerlərdə ümumilikdə 12 qadının çantalarından mobil telefonlarını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Oqtay Hüseynov saxlanılıb. Araşdırma aparılır. 

Qaradağ RPİ 10-cu PB-nin əməkdaşları tərəfindən oktyabrın 6-da rayon ərazisində avtomobillərin birindən 300 manat və sənəd oğurlamaqda şübhəli bilinən Lökbatan qəsəbə sakini Vüqar Zeynalov saxlanılmışdır.

Qaradağ RPİ 38-ci PB-nin əməkdaşları tərəfindən oktyabrın 16-da Sahil qəsəbəsi ərazisindəki bərbərxanaların birində qəsəbə sakini R.Məmmədzadənin 190 manatını oğurlamaqda şübhəli bilinən Orxan Abbasov saxlanılmışdır.
Nəsimi RPİ 22-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə avqustun 18-də A.Cəfərovun 450 manatını və 2 ədəd mobil telefonunu oğurlamaqda şübhəli bilinən Neftçala rayon sakini Samid Rəsulov saxlanılmışdır.