KRİMİNAL XRONİKA

Əsas səhifə

Oktyabrın 10-da Nəsimi rayonu ərazisində baş vermiş soyğunçuluq hadisəsi barədə...

15.10.2018

Oktyabrın 10-da Nəsimi rayonu ərazisində baş vermiş soyğunçuluq hadisəsi barədə 19-cu Polis Şöbəsinə müraciət daxil olub. Bakı şəhər sakini olan qadın həmin gün saat 12 radələrində Cavadxan küçəsindəki evin girişində naməlum şəxsin onun içərisində 530 manatı və sənədləri olan çantasını açıq talama yolu ilə aldığını bildirib. Bakı ŞBPİ-nin Cinayət Axtarışı İdarəsinin əməkdaşları ilə birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun Kürdəmir rayon sakini, əvvəllər də oğurluq, mənimsəmə və narkotiklərlə əlaqədar cinayətlərə görə  məhkum olunmuş Şahin Kərimov olduğu məlum olub. Ş.Kərimovun törətdiyi digər cinayət əməlinin də üstü açılıb. Onun oktyabrın 14-nə keçən gecə Nəsimi rayonu ərazisindən Oleq Milkinin “Zontes” markalı motosikletini qaçırdığı da polis əməkdaşları tərəfindən müəyyən edilib.  Araşdırma aparılır.

Binəqədi RPİ-nin əməkdaşları tərəfindən rayon ərazisində dilənçiliklə məşğul olan 16 nəfər saxlanılaraq barələrində müvafiq tədbirlər görülmüşdür.

Oktyabrın 7-də naməlum şəxs Bakı şəhər sakini olan bir qadını aldadıb 600 manatını almışdır. Binəqədi RPİ 6-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzluğu törətməkdə şübhəli bilinən Abşeron rayon sakini Vüsal Hüseynov saxlanılmışdır.

Nəsimi RPİ 19-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki mağazaların birindən 4000 manat dəyərində əntiq əşyalar oğurlamaqda şübhəli bilinən qrupun digər üzvü Ramin Cəbrayılov saxlanılmışdır.