KRİMİNAL XRONİKA

Əsas səhifə

Oktyabrın 7-nə keçən gecə Yasamal rayonu A.M.Şərifzadə küçəsindəki mağazaların birindən...

14.10.2018

Oktyabrın 7-nə keçən gecə Yasamal rayonu A.M.Şərifzadə küçəsindəki mağazaların birindən oğurluq edilməsi barədə DİN-in “102 – Zəng Mərkəzi”nə müraciət daxil olub. Məlumatla əlaqədar dərhal 29-cu Polis Şöbəsinin əməkdaşları hadisə yerinə gəlib, araşdırmalar zamanı telefon satışı mağazasından  11 ədəd telefon və 1 ədəd noutbukun oğurlandığı məlum olub. Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxs qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalar zamanı onun  Ağcabədi rayon sakini, əvvəllər də məhkum olunmuş Xəyyam Vəliyev olduğu müəyyən edilib. Mobil telefonların bir neçəsi polis əməkdaşları tərəfindən maddi sübut kimi ondan götürülüb. Faktla bağlı araşdırma aparılır.

Oktyabrın 10-dan 13-dək olan müddətdə Maştağa qəsəbəsindəki fermaların birindən 7 baş inəyin  oğurlanması barədə daxil olmuş məlumatla əlaqədar Sabunçu RPİ 14-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən paytaxt sakini Adəm Ağayev saxlanılıb. Faktla bağlı araşdırmalar aparılır.

Suraxanı RPİ 31-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədşbirləri nəticəsində rayon ərazisində 2 həyətyanı sahədən ümumilikdə 6 baş qoyun, həmçinin evlərin birindən su mühhəriki və  su qızdırıcısı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Elnur Qulamov saxlanılıb. Faktla bağlı araşdırmalar aparılır.