KRİMİNAL XRONİKA

Əsas səhifə

Nərimanov RPİ 18-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində...

05.10.2018

Nərimanov RPİ 18-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il mayın 15-də İlya Sapriqinin “Zontes” markalı motosikletini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini Rac Abdullayev motosikletlə birgə saxlanılmışdır.

Səbail RPİ 8-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oktyabrın 4-də rayon ərazisindəki evlərin birindən 450 manat oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Sübhan Muxtarov saxlanılmışdır. Araşdırmalar zamanı S.Muxtarovun əlavə olaraq 5000 manat dəyərində qızıl-zinət  əşyaları oğurladığı da müəyyən edilmişdir.

Oktyabrın 5-də Suraxanı rayonunun Hövsan qəsəbəsində yaşayan Ağaməli Kərimov evində münaqişə zəminində qardaşı Ədili bıçaqla qətlə yetirmişdir. Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri istintaq və əməliyyat tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən A.Kərimov saxlanılmışdır.