KRİMİNAL XRONİKA

Əsas səhifə

Bakı şəhər Baş Polis İdarəsi və Binəqədi RPİ 4-cü PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində...

30.09.2018

Bakı şəhər Baş Polis İdarəsi və Binəqədi RPİ 4-cü PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 24-də və 28-də rayon ərazisindəki 2 evdən 500 ABŞ dolları və bijuteriya oğurlamaqda şübhəli bilinən Xaçmaz rayon sakini, əvvəllər məhkum olunmuş Polad Puladov saxlanılmışdır. Onun sentyabrın 5-də Binəqədi qəsəbəsindəki evlərin birindən 370 manat oğurlaması da müəyyən edilmişdir.

Nərimanov RPİ 16-cı PB və Nizami RPİ 24-cü PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 28-də paytaxt sakini olan bir qadının içərisində 1000 ABŞ dolları və sənəd olan pulqabısını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Ramin Qurbanov və Elşən Cəfərov Nizami rayonunun ərazisində saxlanılmışlar.