KRİMİNAL XRONİKA

Əsas səhifə

Suraxanı RPİ 31-ci PB-nin əməkdaşları tərəfindən sentyabrın 27-də saat 3 radələrində...

28.09.2018

Suraxanı RPİ 31-ci PB-nin əməkdaşları tərəfindən sentyabrın 27-də saat 3 radələrində Əmircan qəsəbəsindəki evlərin birinin həyətindən su mühərrikini oğurlamağa cəhd göstərmiş Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Rəfael Hacıyev saxlanılmışdır. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun daha 3 həyətyanı sahədən su mühərrikləri oğurlaması da müəyyən edilmişdir.

Nizami RPİ 24-cü PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 26-da Afiq Bayramovun xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən “VAZ-2107” markalı avtomobilin sürücüsü - Bakı şəhər sakini Həsən Quliyev saxlanılmışdır.