KRİMİNAL XRONİKA

Əsas səhifə

Xəzər RPİ 1-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində...

26.09.2018

Xəzər RPİ 1-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il oktyabrın 25-dən cari il avqustun 30-dək olan müddətdə rayon ərazisindəki 13 evdən pul, rəsm əsəri, kombi aparatı, qızıl və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Asif Danıyev saxlanılmışdır.
Onun Suraxanı RPİ tərəfindən Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) maddəsi ilə axtarışda olması müəyyən edilmişdir.


Nizami RPİ 23-cü PB və Sabunçu RPİ 42-ci PB əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 25-də Müsamir Qasımova məxsus “VAZ-2106” markalı avtomobili qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini Həbib Hüseynov paytaxt ərazisində avtomobillə birgə saxlanılmışdır.


Sentyabrın 26-da saat 19 radələrində Xəzər rayonunun Qala qəsəbəsi ərazisində Bakı şəhər sakini Zaur Məlikaslanov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən həmyerlisi İmran Ağayevi vurmuş və nəticədə piyada hadisə yerində ölmüşdür.
Xəzər RPİ tərəfindən araşdırma aparılır.


Nəsimi RPİ 20-ci PŞ-nin əməkdaşları tərəfindən avqustun 14-də rayon ərazisindəki evlərin birindən 430 manat oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakini F.Abdullayeva saxlanılmışdır.