KRİMİNAL XRONİKA

Əsas səhifə

Yasamal RPİ 28-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində...

24.09.2018

Yasamal RPİ 28-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 28-də rayon ərazisində 1 avtomobildən 6000 manat oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini Ceyhun Abbasov saxlanılmışdır.

Xəzər RPİ 1-ci PŞ-nin əməkdaşları tərəfindən avqustun 24-də Mərdəkan qəsəbəsi ərazisində “Opel” markalı avtomobildən 60 manat və 1200 ABŞ dolları dəyərində qızıl saat oğurlamaqda şübhəli bilinən 3 yeniyetmə saxlanılmışdır.


Sentyabrın 24-də paytaxtın Nizami rayonu ərazisində naməlum şəxs həmin ərazidə yaşayan N.Rəşidovanın baş nahiyəsinə yumruqla vuraraq mobil telefonunu almışdır. 24-cü PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Fuad Həsənov saxlanılmışdır. Nizami RPİ tərəfindən araşdırma aparılır.

DİN-in Kriminalistik Tədqiqatlar İdarəsi, Bakı şəhər BPİ və Nəsimi RPİ 19-cu PŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 10-da Nəsimi rayonu ərazisindəki evlərin birindən 2000 manat və 2000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Ağsu rayon sakini, əvvəllər məhkum olunmuş Tərlan Xəlilov saxlanılmışdır.


Xəzər RPİ 1-ci PŞ-nin əməkdaşları tərəfindən cari ilin avqust ayı ərzində rayon ərazisindəki 3 evdən elektrik naqili, soyuducu və təmir-tikinti alətləri oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Dmitriy Borisov saxlanılmışdır.



Nəqliyyat vasitəsi qaçırdığına görə tutulmuş Səfər Əkbərovun ətrafında Binəqədi RPİ 6-cı PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun cari il iyunun 7-də rayon ərazisindəki evlərin birindən 200 manat və 3 ədəd mobil telefon oğurlaması da müəyyən edilmişdir.

Oğurluq etmiş Zaur Süleykinin ətrafında Yasamal RPİ 26-cı PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun cari il martın 6-dan iyunun 13-dək olan müddətdə rayon ərazisindəki 2 evdən ümumilikdə 5045 manat, 2500 manat dəyərində geyim və qızıl əşyalar oğurlaması da müəyyən edilmişdir.
Yasamal RPİ 26-cı PB-nin əməkdaşları tərəfindən ötən il dekabrın 11-dən cari il mayın 29-dək olan müddətdə rayon ərazisindəki 1 evdən və 1 həyətdən məişət əşyaları, habelə 1 nəfərin cibindən mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini olan 1 yeniyetmə saxlanılmışdır.