KRİMİNAL XRONİKA

Əsas səhifə

Sentyabrın 16-da Xətai rayonunun Zığ yolu küçəsində naməlum şəxs Bakı şəhər sakini...

16.09.2018

Sentyabrın 16-da Xətai rayonunun Zığ yolu küçəsində naməlum şəxs Bakı şəhər sakini olan bir qadının içərisində 1030 manat və sənəd olan pulqabısını soyğunçuluq yolu ilə ondan almışdır. Hadisəni törətməkdə şübhəli bilinən, paytaxt sakini olan bir yeniyetmə Bakı şəhər BPİ DYPİ-nin əməkdaşları tərəfindən saxlanılaraq 36-cı PB-yə təhvil verilmişdir. Xətai RPİ tərəfindən araşdırma aparılır.


Qaradağ RPİ 10-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 12-də rayon ərazisindəki avtomobillərin birindən 10 cüt ayaqqabı oğurlamaqda şübhəli bilinən Şirvan şəhər sakini, əvvəllər oğurluq və soyğunçuluq törətdiyinə görə məhkum olunmuş Taleh Atamalıyev saxlanılmışdır.

Nəsimi RPİ 22-ci PŞ-nin əməkdaşları tərəfindən sentyabrın 15-də paytaxt sakini olan bir qadının içərisində qızıl üzük və mobil telefon olan çantasını oğurlamaqda şübhəli bilinən Ağcabədi rayon sakini S. Qasımova saxlanılmışdır.


Oğurluq etmiş Zaur Suleykinin ətrafında Yasamal RPİ 29-cu PŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun rayon ərazisindəki “Topaz” mərc oyunları məntəqələrinin birindən 2500 manat və 1500 manat dəyərində kupon, habelə 1 evdən  3500 manat oğurlaması da müəyyən edilmişdir.