KRİMİNAL XRONİKA

Əsas səhifə

Yasamal RPİ 29-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində...

15.09.2018

Yasamal RPİ 29-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 30-da E.Bağırzadənin “Toyota” markalı avtomobilindən 1000 manat, eynək və şəxsiyyət vəsiqəsi oğurlamaqda şübhəli bilinən paytaxt sakini olan bir yeniyetmə  saxlanılmışdır.

Suraxanı RPİ 31-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 14-də Bülbülə qəsəbəsində R.Əsədovaya zor tətbiq edərək çantasını almaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Renat Əhmədov saxlanılmışdır.


Sentyabrın 15-də saat 22 radələrində paytaxtın Nizami rayonunun H.Əliyev prospektində Bakı şəhər sakini Orxan Kəlbiyev idarə etdiyi “Kia” markalı avtomobillə Babək rayon sakini Əbülfəz Rzayevi vurmuş və nəticədə piyada hadisə yerində ölmüşdür. Nizami RPİ tərəfindən araşdırma aparılır.


Yasamal RPİ 28-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 10-da rayon ərazisində “VAZ-2106” markalı avtomobildən akkumulyator oğurlamaqda şübhəli bilinən  Bakı şəhər sakini, əvvələr məhkum olunmuş Bəxtiyar Qədirov saxlanılmışdır. Onun “Toyota” markalı digər avtomobildən oğurluq etməsi də müəyyən edilmişdir.