KRİMİNAL XRONİKA

Əsas səhifə

Sentyabrın 11-də Sabunçu rayonu ərazisində yaşayan, əvvəllər məhkum olunmuş...

11.09.2018

Sentyabrın 11-də Sabunçu rayonu ərazisində yaşayan, əvvəllər məhkum olunmuş Bahadur Cəfərov evində münaqişə zəminində Bakı şəhər sakini olan tanışı Rəfayel Rzayevi taxta parçası ilə döyərək qətlə yetirmişdir. Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır. Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri ilə B.Cəfərov saxlanılmışdır.

Səbail RPİ 8-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il martın 27-dən mayın 24-dək olan müddətdə rayon ərazisindəki bir əlvan metal qəbulu məntəqəsindən, üç həyətyanı sahədən kondisioner, soyuducu, nərdivan, qaynaq aparatı, metal kəsən cihaz, 100 metr elektrik naqili və təmir-tikinti alətləri oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Namiq Quliyev saxlanılmışdır.

Səbail RPİ 8-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il mayın 3-də rayon ərazisindəki evlərin birindən 7500 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Ağa Məmmədov saxlanılmışdır.

Qaradağ RPİ 10-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə sentyabrın 10-da rayon ərazisindəki evlərin birindən 750 manat oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Vahid Novruzov saxlanılmışdır.

Nəsimi RPİ 19-cu PŞ-nin əməkdaşları tərəfindən sentyabrın 10-da paytaxt sakini olan bir qadının 520 manatını quldurluq yolu ilə almaqda şübhəli bilinən İmişli rayon sakini Fuad Abbasov saxlanılmışdır.

Növbətçi Hissələri İdarəetmə Xidməti və Suraxanı RPİ 31-ci PB əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə Bülbülə qəsəbə sakini, əvvəllər məhkum olunmuş Ələddin Bağırovun həyətyanı sahəsində kultivasiya yolu ilə yetişdirilmiş 8 ədəd çətənə kolu aşkar edilərək götürülmüşdür.