KRİMİNAL XRONİKA

Əsas səhifə

Sentyabrın 10-da Nəsimi rayonu ərazisindəki evlərdən birinə girmiş naməlum şəxs...

10.09.2018

Sentyabrın 10-da Nəsimi rayonu ərazisindəki evlərdən birinə girmiş naməlum şəxs ev sahibəsinə zor tətbiq edərək mobil telefonunu aparmışdır. 22-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Mingəçevir şəhər sakini, əvvəllər məhkum olunmuş İvər Ələkbərov saxlanılmışdır.

Sabunçu RPİ tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Mirqasım Sadıqov Xəzər RPİ 2-ci PŞ-nin əməkdaşları tərəfindən saxlanılmışdır. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun Zirə qəsəbəsindəki evinə baxış zamanı nömrəsi silinmiş “İJ-16” markalı tüfəng və 8 ədəd patron, habelə həyətindəki istixanada kultivasiya yolu ilə yetişdirilmiş 1230 ədəd çətənə  kolu və 530 qram marixuana aşkar edilərək götürülmüşdür.

Sabunçu RPİ-nin əməkdaşları tərəfindən Bakı şəhər sakini Mahir Hüseynovdan 5,370 qram marixuana götürülmüşdür. Onun “Niva” markalı avtomobilinin yük yerinə baxış zamanı əlavə olaraq 1 kiloqram 210 qram marixuana aşkar edilərək götürülmüşdür.

Nəsimi RPİ 19-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 22-də paytaxt sakini olan bir qadının içərisində 200 manat və sənəd olan pulqabısını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Nabat Cəfərova saxlanılmışdır