KRİMİNAL XRONİKA

Əsas səhifə

Sentyabrın 8-də Bakı şəhər sakinləri olan 2 qadın polisə müraciət...

08.09.2018

Sentyabrın 8-də Bakı şəhər sakinləri olan 2 qadın polisə müraciət edib sentyabrın 6-da Nərimanov rayonu ərazisində yerləşən klubların birində olarkən Nəsib adlı şəxsin onları taksi ilə Suraxanı rayonunun Bülbülə qəsəbəsinə aparmasını, hədə-qorxu gələrək 457 manat pullarını almasını bildirmişlər. Nəsimi Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən Göyçay rayon sakini Nəsib Məmmədov saxlanılaraq Nərimanov RPİ 17-ci PB-yə təhvil verilmişdir. Suraxanı RPİ 31-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qrupun digər üzvü - Bakı şəhər sakini Rəhim Rzayev də saxlanılmışdır.

Xəzər RPİ 1-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində sentyabrın 4-də rayon ərazisindəki evlərin birindən  9000 manat pul və 2500 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Binə qəsəbə sakinləri Anar Vəliyev, Tural Abdullayev və Əsəd Cavadov saxlanılmışlar.

Əlahiddə Çevik Polis Alayı və Nizami RPİ 24-cü PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 7-də  Bakı şəhər sakini olan bir nəfərin çantasından 260 manat pul və bankomat kartını oğurlamaqda şübhəli bilinən Samux rayon sakini Kristina Miraşiçenko saxlanılmışdır.