KRİMİNAL XRONİKA

Əsas səhifə

Sentyabrın 5-də saat 1 radələrində Nərimanov rayonunun Ziya Bünyadov prospektində...

05.09.2018

Sentyabrın 5-də saat 1 radələrində Nərimanov rayonunun Ziya Bünyadov prospektində Bakı şəhər sakini Asiman Sadıqov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən 55-60 yaşlı kişini vurmuş və nəticədə həmin şəxs hadisə yerində ölmüşdür. Nərimanov RPİ tərəfindən araşdırma aparılır.

Sentyabrın 5-nə keçən gecə Xətai rayonu ərazisindəki avtomobillərin birindən içərisində 100 manat, 2 ədəd mobil telefon, qol saatı və sənədlər olan çantanı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Malik Hüseynov Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq Sabunçu RPİ 13-cü PB-yə təhvil verilmişdir.

Narkotik vasitə ilə tutulmuş Ruhan Məmmədovun ətrafında Xəzər RPİ 1-ci PŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə, onun aprelin 25-də paytaxt sakini olan bir qadının çantasından içərisində 200 ABŞ dolları və 150 türk lirəsi, habelə qızıl üzük və şəxsiyyət vəsiqəsi olan pulqabısını oğurlaması da müəyyən edilmişdir.

Oğurluq etdiyinə görə tutulmuş Pərviz Səfərovun ətrafında Səbail RPİ 9-cu PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun iyul və avqust ayları ərzində rayon ərazisindəki iki həyətdən su nasoslarını oğurlaması da müəyyən edilmişdir.

Oğurluq etdiyinə görə tutulmuş Firdovsi İsmayılovun ətrafında Səbail RPİ 41-ci PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun mayın 12-də Badamdar qəsəbəsi ərazisində yerləşən hospitalda paytaxt sakini olan bir qadının  içərisində 400 manat, sürücülük vəsiqəsi və bankomat kartı olan pulqabısını oğurlaması da müəyyən edilmişdir.

Qaradağ RPİ 11-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 11-də rayon ərazisindəki evlərin birindən 2 ədəd mobil telefon və planşet oğurlamaqda şübhəli bilinən Ələt qəsəbə sakini Mais Mahmudov saxlanılmışdır.

Sabunçu RPİ 14-cü PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 4-də rayon ərazisindəki evlərin birindən qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini İbrahim Abdullayev saxlanılmışdır.