KRİMİNAL XRONİKA

Əsas səhifə

Sentyabrın 4-də saat 4 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində...

04.09.2018

Sentyabrın 4-də saat 4 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində Bakı şəhər sakini Cəmil İsmayılzadə idarə etdiyi “Jeep” markalı avtomobillə paytaxt sakini Validə Şirinovanı vurmuş və nəticədə piyada hadisə yerində ölmüşdür.  Xəzər RPİ tərəfindən araşdırma aparılır.

Nəsimi RPİ 20-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 21-də paytaxt sakini olan bir qadının içərisində 90 manat olan pulqabısını oğurlamaqda şübhəli bilinən Ağdaş rayon sakini Aqşin Əzizov saxlanılmışdır.

Oğurluq etdiyinə görə tutulmuş Mehman Fətəliyevin ətrafında Səbail RPİ 8-ci PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun avqustun 21-də rayon ərazisindəki evlərin birindən 270 manat və 3770 manat dəyərində qızıl əşyalar oğurlaması da müəyyən edilmişdir.

Yasamal RPİ 28-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il martın 2-də rayon ərazisindəki avtomobillərin birindən akkumulyator oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Yusif Alıyev saxlanılmışdır.

Xətai RPİ 36-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 31-də və avqustun 11-də rayon ərazisindəki bir kafedən və bir avtomobil təmiri sexindən ərzaq məhsulları, məişət əşyaları və təmir-tikinti alətləri oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Ülvi Musayev saxlanılmışdır.