KRİMİNAL XRONİKA

Əsas səhifə

Sentyabrın 3-də Nəsimi rayonu ərazisində naməlum şəxs həmin ərazidə yaşayan...

03.09.2018

Sentyabrın 3-də Nəsimi rayonu ərazisində naməlum şəxs həmin ərazidə yaşayan Sergey Truxanova zor tətbiq edərək 28 manatını almışdır. 19-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Ağsu rayon sakini, əvvəllər məhkum olunmuş Elşən Hüseynov saxlanılmışdır. Nəsimi RPİ tərəfindən araşdırma aparılır.
 
Oğurluq etdiyinə görə tutulmuş Günel Quliyevanın ətrafında Nərimanov RPİ 18-ci PŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun sentyabrın 1-də paytaxt sakini olan bir qadının içərisində 100 manat və 100 ABŞ dolları olan pulqabısını oğurlaması da müəyyən edilmişdi
 
Nizami RPİ 24-cü PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 28-də paytaxt sakini olan bir qadının içərisində 500 manat, 700 ABŞ dolları, şəxsiyyət vəsiqəsi və bank kartları olan pulqabısını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Maarif Quliyev saxlanılmışdır.

Sentyabrın 3-də saat 22 radələrində Suraxanı rayonunun Yeni Suraxanı qəsəbəsi ərazisində Bakı şəhər sakini Elnar Salışev idarə etdiyi “Mazda” markalı avtomobillə yolu keçən paytaxt sakini Taleh Xalıqovu vurmuş və nəticədə piyada hadisə yerində ölmüşdür. Suraxanı RPİ tərəfindən araşdırma aparılır.