KRİMİNAL XRONİKA

Əsas səhifə

Bu il avqustun 22-dən 31-dək olan müddətdə Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində yerləşən ...

01.09.2018

Bu il avqustun 22-dən 31-dək olan müddətdə Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində yerləşən bazarda 4 nəfərin mobil telefonları oğurlanmışdır.

Qaradağ RPİ 10-cu PB və Rayon Mühafizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Hacıqabul rayon sakini, əvvəllər məhkum olunmuş Tərlan Ağazadə saxlanılmışdır.

Sabunçu RPİ 13-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 24-də rayon ərazisindəki evlərin birindən 5000 manat dəyərində qızıl və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini Xalid Həsənov saxlanılmışdır.

Nərimanov RPİ 18-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 31-də rayon ərazisindəki evlərin birindən kombi apartı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Aleksandr Qorbukov saxlanılmışdır.