KRİMİNAL XRONİKA

Əsas səhifə

Yasamal RPİ 29-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 23-də rayon ərazisindəki...

24.08.2018

Yasamal RPİ 29-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 23-də rayon ərazisindəki evlərin birindən mobil telefon və təmir-tikinti aləti oğurlamaqda şübhəli bilinən Masallı rayon sakini Nazim Cahangirov saxlanılmışdır.

Nərimanov RPİ 18-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 11-də rayon ərazisindəki evlərin birindəki seyfdən 1000 manat pul oğurlamaqda şübhəli bilinən, həmin mənzildə xadimə işləyən Bakı şəhər sakini Könül Tağıyeva saxlanılmışdır.

Səbail RPİ 39-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 14-də Bakı şəhər sakini R.Əsədovaya məxsus içərisində 1000 manat və 1300 ABŞ dolları pul, habelə qızıl əşyalar olan pul kisəsini oğurlamaqda şübhəli bilinən Tərtər rayon sakini Firdovsi İsmayılov saxlanılmışdır.