KRİMİNAL XRONİKA

Əsas səhifə

Bakı şəhər BPİ Cinayət Axtarışı İdarəsi və Nizami RPİ 25-ci PŞ əməkdaşlarının keçirdikləri...

22.08.2018

Bakı şəhər BPİ Cinayət Axtarışı İdarəsi və Nizami RPİ 25-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 21-də rayon ərazisindəki lombardların birindən 200 manat pul və qızıl boyunbağı oğurlamaqda şübhəli bilinən Tərtər rayon sakini, əvvəllər məhkum olunmuş Elgiz Nuriyev saxlanılmışdır.

Oğurluq etdiyinə görə tutulmuş Gövhər Quliyevanın ətrafında Nəsimi RPİ 22-ci PŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun avqustun 20-də Bakı şəhər sakini F.Harunovaya məxsus içərisində 150 manat pul və bankomat kartları olan pul kisəsini oğurlaması da müəyyən edilmişdir. 

Avqustun 21-də Nərimanov rayonunun C.Hacıbəyli küçəsində yerləşən parkdan məişət tullantıları üçün nəzərdə tutulmuş qutunu oğurlamaqda şübhəli bilinən Hacıqabul rayon sakini, əvvəllər məhkum olunmuş Əli Ələkbərov 16-cı PB-nin əməkdaşları tərəfindən saxlanılmışdır.

Avqustun 22-də Binəqədi rayonunun Sulutəpə qəsəbəsi ərazisində naməlum şəxs münaqişə zəminində qəsəbə sakini Gəray Azayevin boyun nahiyəsinə bıçaqla daxilə nüfuz etməyən xəsarət yetirmişdir. Binəqədi RPİ 40-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Etibar Həsənov saxlanılmışdır. Faktla əlaqədar Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanmışdır. 

Xəzər RPİ 1-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyulun 1-də rayon ərazisindəki ticarət mərkəzlərinin birindən 12900 manat pul oğurlamaqda şübhəli bilinən Biləsuvar rayon sakini Tərlan Azadi, Bakı şəhər sakinləri Şakir Akçurin və Teymur Əliyev saxlanılmışlar. Araşdırmalarla T.Azadinin  Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olması da müəyyən edilmişdir.

Avqustun 22-də Bakı şəhər sakini Əliş Mustafayev polisə müraciət edib bir gün əvvəl Səbail rayonunun Xəqani küçəsində yerləşən dayanacaqda BMW markalı avtomobilini saxlamasını, açarlarını isə orada işləyən şəxsə verməsini, ertəsi gün həmin şəxsin avtomobili qaçırmasını bildirmişdir. DİN-in Təhlükəsiz Şəhər Xidmətinin əməkdaşları tərəfindən avqustun 22-də  avtomaşının Xətai rayonu Zığ yolu küçəsində hərəkətdə olması müəyyən edilmişdir. Xətai RPİ 35-ci PB-nin əməkdaşları tərəfindən görülmüş tədbirlərlə avtomobil saxlanılmış, hadisəni törətmiş Bakı şəhər sakini Fərid Ağazadə ilə birgə Səbail RPİ-yə təhvil verilmişdir. Faktla əlaqədar Cinayət Məcəlləsinin 185-ci (talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsini ələ keçirmə) maddəsi ilə cinayət işi başlanmışdır. Səbail RPİ tərəfindən araşdırma aparılır.