KRİMİNAL XRONİKA

Əsas səhifə

Oğurluq etdiyinə görə tutulmuş Pərviz Səfərovun ətrafında Yasamal RPİ 26-cı PB-nin əməkdaşları...

19.08.2018

Oğurluq etdiyinə görə tutulmuş Pərviz Səfərovun ətrafında Yasamal RPİ 26-cı PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun rayon ərazisindəki 4 həyətyanı sahədən su nasosu oğurlaması da müəyyən edilmişdir.

Sabunçu RPİ 12-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 3400 manat, 5000 ABŞ dolları, 90000 Pakistan rupisi və 10000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Qurban Məhərrəmov saxlanılmışdır.

Avqustun 18-də Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində Bərdə rayon sakini A.Abduləzimova məxsus “Mercedes” markalı avtomobildən mobil telefon oğurlamaqda şübhəli bilinən bir yeniyetmə Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq 10-cu PB-yə təhvil verilmişdir.

Nəsimi RPİ 19-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 17-də rayon ərazisindəki evlərin birindən  televizor oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Anar Rəşidzadə saxlanılmışdır. Onun üzərində şəxsi axtarış keçirilən zaman narkotik vasitə olan heroin də aşkar edilərək götürülmüşdür.