KRİMİNAL XRONİKA

Əsas səhifə

Baş Cinayət Axtarışı İdarəsi və Sabunçu RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində...

17.08.2018

Baş Cinayət Axtarışı İdarəsi və Sabunçu RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ötən il sentyabrın 17-də rayon ərazisindəki evlərin birindən 250 manat pul və 2000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Tuncay Həsənov saxlanılmışdır.Oğurluq etdiyinə görə tutulmuş Pərviz

Səfərovun ətrafında Səbail RPİ 9-cu PB və Nəsimi RPİ 22-ci PŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun cari il iyulun 25-dən avqustun 13-dək olan müddətdə bu rayonların ərazisindəki 1 restoran və 5 həyətyanı sahədən su mühərriki oğurlaması da müəyyən edilmişdir.

Xəzər RPİ 2-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 16-da rayon ərazisindəki evlərin birindən 740 manat pul, sənəd və geyim əşyası oğurlamaqda şübhəli bilinən Mərdəkan qəsəbə sakini olan bir yeniyetmə saxlanılmışdır.