KRİMİNAL XRONİKA

Əsas səhifə

DİN-in Kriminalistik Tədqiqatlar İdarəsi, Səbail RPİ 9-cu PB və Nəsimi RPİ 22-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri...

14.08.2018

DİN-in Kriminalistik Tədqiqatlar İdarəsi, Səbail RPİ 9-cu PB və Nəsimi RPİ 22-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bu il iyulun 19-dan avqustun 11-dək olan müddətdə bu rayonların ərazisində 9 evin həyətyanı sahələrindən su nasosları oğurlamaqda şübhəli bilinən Şirvan şəhər sakini Pərviz Səfərov saxlanılmışdır.

DİN-in Kriminalistik Tədqiqatlar İdarəsi və Xəzər RPİ 1-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bu il iyunun 22-də rayon ərazisindəki evlərin birindən 400 manat pul və 1000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş Rövşən Məmmədov saxlanılmışdır.

DİN-in Kriminalistik Tədqiqatlar İdarəsi,  Nəsimi RPİ 19-cu PŞ və Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bu il mayın 10-da Nəsimi rayonu ərazisindəki mağazaların birindən 50 manat pul, tütün məmulatı və sərinləşdirici içki oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini , əvvəllər məhkum olunmuş Tuqay Purdari saxlanılmışdır. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun avqustun 7-də Sumqayıt şəhər sakini, əvvəllər  məhkum olunmuş Ruslan Əzimovla birgə Abşeron rayonu ərazisindəki evlərin birindən 5000 manat dəyərində qızıl əşyalar oğurlaması da müəyyən edilmişdir. Görülmüş tədbirlərlə R.Əzimov da saxlanılmışdır.

Avqustun 14-də saat 12 radələrində Xətai rayonu ərazisində Bakı şəhər sakini  Şüriyyə Həsənov idarə etdiyi  “İsuzu” markalı, 62 saylı xətt avtobusu ilə yolu keçən paytaxt sakini , azyaşlı Aygün Binnətovanı vurmuşdur. Xəstəxanaya yerləşdirilmiş uşaq orada ölmüşdür. Xətai RPİ tərəfindən araşdırma aparılır.

Xətai RPİ 36-cı PB, Suraxanı RPİ 33-cü PB və Nizami RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 11-də Bakı şəhər sakini A.Mustafayevanın içərisində 50 ABŞ dolları və 90 manat pul, habelə 750 manat dəyərində qızıl əşyalar olan sellofan torbasını soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən paytaxt sakinləri Emin Səlimov və Aleksandr Baratov saxlanılmışlar. Ətraflarında aparılan əməliyyat tədbirləri ilə onların Suraxanı rayonu ərazisindən 4 velosiped, habelə 1 evdən istilik radiatoru və avtomobildən 50 manat pul oğurlamaları da müəyyən edilmişdir.

Nəsimi RPİ 22-ci PŞ-nin əməkdaşlarının keçirdikləri tədbirlərlə avqustun 10-da Bakı şəhər sakini Z.Hacıyevin içərisində pul, sənəd və geyim əşyaları olan çantasını oğurlamaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş İlham Mahmudov saxlanılmışdır.

Səbail RPİ 9-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakinləri olan 2 nəfərin mobil telefonlarını oğurlamaqda, 2 nəfərə qarşı  isə dələduzluq etməkdə şübhəli bilinən paytaxt sakini Qorxmaz Eyvazov saxlanılmışdır.

Avqustun 14-də saat 11 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində yerləşən ticarət mərkəzlərinin birində Bakı şəhər sakini S.Bayramova məxsus mağazadan məişət əşyaları oğurlanmışdır. Hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Zaur Fərəcov Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq 10-cu PB-yə təhvil verilmişdir.

Daxil olmuş əməliyyat məlumatı əsasında Sabunçu RPİ 13-cü PB-nin əməkdaşları tərəfindən Bakıxanov qəsəbə sakini, əvvəllər məhkum olunmuş Rəşad Məmmədova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 7 ədəd çətənə  kolu və 40 qram marixuana aşkar edilərək götürülmüşdü.