KRİMİNAL XRONİKA

Əsas səhifə

Binəqədi RPİ 4-cü PŞ-nin əməkdaşlarını tərəfindən avqustun 12-də Bakı şəhər sakini V.Qafarovanın mobil telefonunu...

13.08.2018

Binəqədi RPİ 4-cü PŞ-nin əməkdaşlarını tərəfindən avqustun 12-də Bakı şəhər sakini V.Qafarovanın mobil telefonunu soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən Şamaxı rayon sakini, əvvəllər məhkum olunmuş Elçin Piriyev saxlanılmışdır.

Binəqədi RPİ 6-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 11-də L.Musayevanın mobil telefonu oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakini Nicat Hüseynov saxlanılmışdır.

Nəsimi RPİ 22-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyulun 24-də rayon ərazisindəki 2 avtomobildən mobil telefonlar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Anar Hüseynov saxlanılmışdır. 

Xətai RPİ 36-cı PB-nin əməkdaşları tərəfindən rayon ərazisindəki idman zallarının birindən 3 vətəndaşa məxsus mobil telefonları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini İlkin Quliyev saxlanılmışdır.