KRİMİNAL XRONİKA

Əsas səhifə

Avqustun 7-də Bakı şəhər sakini Şahin Məmmədov yaşadığı Suraxanı rayonundakı evindən...

10.08.2018

Avqustun 7-də Bakı şəhər sakini Şahin Məmmədov yaşadığı Suraxanı rayonundakı evindən kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilmişdir. Öz izahatında o, yıxılması nəticəsində xəsarət almasını bildirmişdir. Suraxanı RPİ 31-ci PB-nin əməkdaşları tərəfindən aparılan ilkin araşdırmalarla həmin gün Ş.Məmmədovla Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Elnur Abbasov arasında Əmircan qəsəbəsi ərazisində münaqişə baş verməsi və bu zaman sonuncunun ona bıçaqla xəsarət yetirməsi müəyyən edilmişdir. Dərhal həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə E.Abbasov saxlanılmışdır. Faktla əlaqədar Cinayət Məcəlləsinin 126-cı (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanmışdır.


Metropolitendə Polis Şöbəsi və Nərimanov RPİ 17-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 9-da rayon ərazisindəki mağazalardan birinə gələrək mağaza sahibini yumruqla vurub kassadakı 1000 manat pulu aparmaqda şübhəli bilinən Lənkəran rayon sakini Turan Mirzəzadə saxlanılmış, həmyerlisi olan daha bir nəfərin isə şəxsiyyəti müəyyən edilmişdir.

Avqustun 10-da Biləcəri qəsəbəsinin ərazisində yerləşən kafelərdən birinin həyətində naməlum şəxs Bakı şəhər sakini Cavid Həmzəyevi döymüşdür. C.Həmzəyev xəstəxanaya aparılarkən yolda ölmüşdür. Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən paytaxt sakini Elçin Nəcəfov və Babək rayon sakini, əvvəllər məhkum olunmuş Xaliq Mustafayev saxlanılmışlar.